Dünya

Yaponiyanın Atom Elektrik Stansiyasında yanğın baş verib

17 Avqust 2021 08:03
0 Şərh     Baxış: 891
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın "Hamaoka" Atom Elektrik Stansiyasının Şizuoka prefekturasında yerləşən turbin salonunda yanğın baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, "Chubu electric power" stansiyasının operatoru bildirib ki, stansiyanın beşinci reaktorunun turbin salonunda yayılan tüstü səbəbindən yanğın siqnalı işə düşüb.

Zərərçəkənlər haqqında heç bir məlumat verilməyib. "Hamaoka" stansiyasında və ondan kənarda radiasiya səviyyəsində heç bir dəyişiklik qeydə alınmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.