Dünya

Yunanıstanın Krit adasında koronavirusla bağlı məhdudiyyətlər uzadılıb

15 Avqust 2021 20:51
0 Şərh     Baxış: 774
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yunanıstanın Krit adasında koronavirusla bağlı məhdudiyyətlər uzadılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, adada 1:00 -dan 6:00-ya qədər komendant saatı tətbiq olunacaq. Kafe, restoran və əyləncə məkanları musiqisiz işləyəcək. Bundan əlavə, keçirilən tədbirlərdə qonaqların sayı 20 nəfərdən çox olmamalıdır. Qaydaların pozulmasına görə 50-200 min avro arasında cərimə nəzərdə tutulur. Otellərdə musiqi və əyləncə qadağası tətbiq edilmir. Turistlərdən komendant saatına riayət etmələri xahiş olunur. Gündüzlər şəhəri gəzmək və görməli yerləri ziyarət etmək məhdudiyyəti yoxdur.

Qeyd edək ki, Yunanıstanda turist axını ilə paralel olaraq koronavirusa yoluxmalarda artım müşahidə edilir. Bəzi bölgələrdə, o cümlədən Yunanıstanın məşhur Mikonos və Santorini adalarında vəziyyət kritik həddə çatıb. Hökumət orqanları xüsusi məhdudlaşdırıcı tədbirlərlə xəstəliyin yayılmasının iqtisadiyyata təsirsiz ötüşməsi üçün tədbirlər görür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.