Dünya

Ermənistanda deputat parlamentin iclasından qovuldu

11 Avqust 2021 12:42
0 Şərh     Baxış: 1 941
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan parlementinin sədri Alen Simonyan "Şərəfim var" blokunun millət vəkilini parlamentin iclasından qovub.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, parlamentin bu gün keçirilən iclasından qovulan Anna Mkrtçyan ilk dəfə deyil ki, parlament sədrindən xəbərdarlıq alır.

Məlumata əsasən, Mkrtçyan daha əvvəl çıxışlarının birində ölkənin Baş Naziri Nikol Paşinyanı adı ilə çağırdığına və onu "kapitulyant" adlandırdığına görə parlamentin sədri ona öz iradını bildirmişdi. 

Anna Mkrtçyan bu dəfə isə çıxışında ölkə rəhbərliyini sərt tənqid edib və çıxışının sonunda "Bütün bunların günahı sizin kapitulyant Nikolunuzdur",- deyib. 

Bildirilir ki, Alen Simonyan dərhal millət vəkilindən zalı tərk etməsini tələb edib. 

"Günün sonuna qədər sizə iclasda iştirak etməyi qadağan edirəm. Zalı tərk edin, əks halda mühafizə əməkdaşları sizi çıxaracaq", - deyə Simonyan bildirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.