Dünya

Gürcüstan Prezidentinin bütün tədbirləri təxirə salındı

10 Avqust 2021 08:48
0 Şərh     Baxış: 882
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan Prezidenti Salome Zurabişvilinin iştirakı nəzərdə tutulmuş bütün tədbirlər təxirə salınıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Prezident Administrasiyası bəyanat yayıb.

Bəyanatda bildirilir ki, Gürcüstan Prezidenti ölkədə yaranmış epidemioloji vəziyyətlə əlaqədar kütləvi tədbirlərdə iştirak etməyəcək və dövlət başçısı üçün əvvəlcədən nəzərdə tutulmuş tədbirlər təxirə salınır.

Prezidentin, hətta Tokio Olimpiadasında iştirak etmiş idmançılarla görüşü də baş tutmayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.