Dünya

“Çox pulum var, işləməyə ehtiyacım yoxdur”

9 Avqust 2021 14:58
0 Şərh     Baxış: 1 404
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hollivud ulduzu,  Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartseneqqer aktyorluq sənətinə geri dönməyə tələsmədiyini deyib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, əfsanəvi aktyor bu barədə məlumatı "Hürriyət"ə verdiyi reportajda vurğulayıb.

Jurnalistin aktyorluq sənətinə nə vaxt dönəcəyi ilə bağlı sualına Arnold Şvartseneqqer belə cavab verib:

"Təcili işə ehtiyacım yoxdur. Əslinə qalsa, çox pulum var və bir daha işləməyə ehtiyacım yoxdur". 

O əlavə edib ki, çox pul qazanıb birdən-birə hamısını itirən aktyorlardan və idmançılardan deyil. O vurğulayıb ki, qazandığı hər dolları qoruyub saxlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.