Dünya

Kubada son iki həftə ərzində 6 yüksək rütbəli hərbçi ölüb

29 İyul 2021 22:49
0 Şərh     Baxış: 625
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kubada son iki həftə ərzində 6 yüksək rütbəli hərbçi ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin dövlət televiziyası məlumat yayıb.

Onların arasında keçən əsrin 50-ci illərində Fulxensio Batista rejiminə qarşı mübarizənin iştirakçılarından olan Gilberto Antonio Kardero da var.

Hərbçinin yandırıldığı bildirilsə də, ölüm səbəbi barədə məlumat verilməyib.

Kardero 1957-ci ildə inqilabi qüvvələrə qoşularaq Raul Kastronun rəhbərliyi altında döyüşüb.

Qeyd edək ki, bundan başqa, iyulun 18-dən etibarən daha 5 yüksək rütbəli öldüyü rəsmən açıqlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.