Böyüməkdə olan gəncliyin vətənə məhəbbət hissinin formalaşmasına xidmət, həmçinin, vətən parçasını düşmən işqalından azad etməyin necə ülvi hiss olduğunu təbliq etmək məqsədi ilə Vətən Müharibəsində qazandığı tarixi Zəfərin 5-ci il dönümünə həsr olunmuş "ZƏFƏR - 44" adlı yaradıcılıq müsabiqəsinin yekun sərgisi açılacaq.
Müsabiqəyə ölkəmizim müxtəlif bölgələrindən 800-dən çox məktub daxil olmuş və təsviri sənət qabiliyyətli yeniyetmə və gəncimiz torpaqlarımızın işğal şəraitindəki vəziyyəti,qələbədən sonrakı quruculuq işləri, qələbənin yaratdığı əhval-ruhiyyə, ordumuzun rəşadəti, xalqımızın döyüş ruhu, həmçinin, xalq və ordu həmrəyliyini hiss etdirən təsviri sənət nümunələri təqdim etmişdilər.Təqdim olunmuş əsərlər arasından seçilən 44 əsər 5 noyabr 2025-ci tarixlərində Xətai Sənət Mərkəzində sərgilənəcək və əsəri sərgilənən iştirakçılar sertifikat və hədiyyə qazanacaq.
Seçim heyyəti:
1.Elçin Hüseyn- Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı
Azərbaycan Rəssamlar İttifaqının üzvü
2. Gündüz Həbibov - Xətai Sənət Mərkəzinin baş müəllimi
Azərbaycan Rəssamlar İttifaqının üzvü
3. Fərqanə Muradlı- Absheron Buzovna art studionun rəssam müəllimi Azərbaycan Rəssamlar İttifaqının üzvü
4. İlham İsmayılov- Bakı Şəhəri V.Mustafazadə adına 2№ Uşaq İncəsənət Məktəbinin şöbə müdiri, müəllim, Azərbaycan Rəssamlar İttifaqının üzvü
5.Akif Yarışov - M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının müəllimi, AY Studionun rəhbəri, Azərbaycan Rəssamlar İttifaqının üzvü
Sərginin onlayn kataloqu https://online.fliphtml5.com/udgyq/vkda/
Diqqət! Seçilən əsərlər 4 oktyabr tarixinə kimi təhvil verilməlidir.
Nəzərinizə çatdıraq ki, tədbirin təşkilatçıları Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Uşaq Sənəti Qalereyası, Xətai Sənət Mərkəzi. Dəstəkçilər: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-i, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Xətai rayon İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyidir.
Tədbirin gəncliyimizin vətənpərvər ruhda yetişməsinə xidmət edəcəyinə inanırıq.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az





