"ZƏFƏR - 44" adlı yaradıcılıq müsabiqəsinin yekun sərgisi açılacaq

3 Noyabr 2025 16:07

Böyüməkdə olan gəncliyin vətənə məhəbbət hissinin formalaşmasına xidmət, həmçinin, vətən parçasını düşmən işqalından azad etməyin necə ülvi hiss olduğunu təbliq etmək məqsədi ilə Vətən Müharibəsində  qazandığı tarixi Zəfərin 5-ci il dönümünə həsr olunmuş "ZƏFƏR - 44" adlı yaradıcılıq müsabiqəsinin yekun sərgisi açılacaq.

Müsabiqəyə ölkəmizim müxtəlif  bölgələrindən 800-dən çox məktub daxil olmuş və təsviri sənət qabiliyyətli yeniyetmə və gəncimiz torpaqlarımızın işğal şəraitindəki vəziyyəti,qələbədən sonrakı quruculuq işləri,   qələbənin yaratdığı əhval-ruhiyyə, ordumuzun rəşadəti, xalqımızın döyüş ruhu, həmçinin, xalq və ordu həmrəyliyini hiss etdirən təsviri sənət nümunələri təqdim etmişdilər.Təqdim olunmuş əsərlər arasından seçilən 44 əsər 5 noyabr  2025-ci tarixlərində Xətai Sənət Mərkəzində sərgilənəcək və əsəri sərgilənən iştirakçılar sertifikat və hədiyyə qazanacaq.

Seçim heyyəti:

1.Elçin Hüseyn- Azərbaycan Dövlət  Rəsm Qalereyasının əməkdaşı
      Azərbaycan Rəssamlar İttifaqının üzvü
  2. Gündüz Həbibov - Xətai Sənət Mərkəzinin baş müəllimi
      Azərbaycan Rəssamlar İttifaqının üzvü
  3. Fərqanə Muradlı- Absheron Buzovna art studionun rəssam müəllimi       Azərbaycan Rəssamlar İttifaqının üzvü 
  4. İlham İsmayılov- Bakı Şəhəri V.Mustafazadə adına 2№ Uşaq İncəsənət   Məktəbinin şöbə müdiri, müəllim, Azərbaycan Rəssamlar İttifaqının üzvü
  5.Akif Yarışov - M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının müəllimi, AY Studionun rəhbəri, Azərbaycan Rəssamlar İttifaqının  üzvü

Sərginin onlayn kataloqu https://online.fliphtml5.com/udgyq/vkda/

Diqqət! Seçilən əsərlər 4 oktyabr tarixinə kimi təhvil verilməlidir.

Nəzərinizə çatdıraq ki, tədbirin təşkilatçıları Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Uşaq Sənəti Qalereyası, Xətai Sənət Mərkəzi. Dəstəkçilər: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-i, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Xətai rayon İcra Hakimiyyəti,  Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyidir.

Tədbirin gəncliyimizin vətənpərvər ruhda yetişməsinə xidmət edəcəyinə inanırıq.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az