İqtisadiyyat

Azərbaycanda gələn ildən Aİ-95 benzini istehsal olunmayacaq - Qiymət arta bilər? - AÇIQLAMA

3 Noyabr 2025 16:40
Baxış: 545
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

2024-cü ilin iyul ayında Azərbaycanda "Avro-5" keyfiyyət göstəricilərinə uyğun olaraq Aİ-95 markalı avtomobil benzininin istehsalına başlanıldı. Bu səbəbdən həmin ilin 15 iyul tarixində Aİ-95 benzininin 1 litrinin qiyməti 40 qəpik ucuzlaşaraq 1 manat 60 qəpik oldu. Həmin vaxta qədər Azərbaycan Aİ-95 benzinini yalnız xarici ölkələrdən idxal edirdi. Qiymət də daha baha idi.

Milli.Az xəbər verir ki, bu gün yayılan məlumatlara görə, növbəti il Azərbaycanda Aİ-95 markalı avtomobil benzini istehsalı planlaşdırılmır. Sözügedən addımın hansı səbəbdən atıldığı hələlik məlum deyil.

Bəs görəsən, Azərbaycanda daxili istehsal dayandırılsa, Aİ-95 benzininin qiyməti bahalaşa bilərmi?

Mövzu ilə bağlı "Unikal"a açıqlama verən iqtisadçı Eldəniz Əmirov bildirib ki, Aİ-95 markalı benzin yalnız xaricdən idxal edilsə, bu, neftin qiymətindən asılı olacaq:

"Neftin qiymətində artım olsa, Aİ-95 benzininin qiyməti də arta bilər. Bizim ölkəmizdən fərqli olaraq, idxal həyata keçirdiyimiz ölkələrdə benzinin qiyməti neftin qiyməti ilə birbaşa bağlıdır. Yəni, həmin ölkələrdə neftin qiyməti artanda benzin bahalaşır, neft ucuzlaşanda benzinin qiyməti aşağı düşür. 

Buna görə də, 2026-cı ildə Aİ-95 markalı benzinin qiymətində artımın olacağını gözləmirəm. Çünki, gələn il neftin qiymətində də artım gözlənilmir.  Artım olsa belə, bu, simvolik xarakter daşıya bilər. 

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Venesuela ilə bağlı apardığı siyasət nəticəsində həmin ölkənin neftinin beynəlxalq bazarlara çıxması şansı yaranacaq. Belə olacağı təqdirdə, neft qiymətlərində bir qədər eniş də baş verə bilər", - deyə E.Əmirov əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.