Ölkə

Elarizin kürəkəninə 10 il iş verildi

3 Noyabr 2025 15:30
Baxış: 966
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Sahibkar tanışlarına internet platforması vasitəsilə əlavə gəlir vədi verərək onların 4 milyon manatını mənimsəməkdə təqsirləndirilən birjaçı Nizami Alışanın məhkəməsi başa çatıb.

Milli.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən iclasda hökm elan olunub. Məhkəmə Nizami Alışanın külli miqdarda dələduzluq törətdiyini təsdiqləyərək ona 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası verib.

Hökmdə həmçinin qeyd olunub ki, təqsirləndirilən şəxs zərərçəkmiş Babək Məmmədzadəyə dəymiş maddi ziyanı ödəməlidir.

Artıq pul qazanmaq üçün pul verib sonradan şikayətçi olanlar Nərimanov rayon prokurorunun keçmiş müavini Zeynal Usubov, "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadə və başqa iş adamı Yadigar İsrafilovdur.

Son sözündə Nizami Alışan özünü günahsız adlandıraraq Babək Məmmədzadənin qoyduğu məbləğdən çox qazanc əldə etdiyini iddia edib və onu ittiham edənlərin əvvəlki fəaliyyətlərinə işarə vurub.

Qeyd edək ki, Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, müğənni Elarizin kürəkənidir./Qafqazinfo

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.