Şou-biznes

“Hozu Xan” filminin Qala Gecəsi keçirildi – FOTO

3 Noyabr 2025 15:31
Baxış: 489
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

31.10.2025 tarixində Park Cinemanın Flame Towers filialında sevilən seriyanın davamı eləcə də Azərbaycanın ilk tarixi komediyası olan "Hozu Xan" filminin aktyorları ilə Qala Gecəsi baş tutdu.

Qala Gecəsində rejissorlar, aktyorlar, tanınmış blogerlər, model və inflyuenserlər, eləcə də digər mədəniyyət sahəsi üzrə tanınmış yaradıcı şəxslər iştirak etmişdir.

Yaradıcıların sözlərinə görə, "Hozu Xan" filmi öz keyfiyyəti ilə yeni bir trendə yol açacaq və Azərbaycanda tarixi komediyaların artmasına böyük töhfə verəcək.

Film tamaşaçılar tərəfindən birmənalı şəkildə müsbət və pozitiv şəkildə qarşılandı.

"Hozu Xan" filmi hal hazırda Park Cinemada nümayiş olunur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.