Dünya

“Taliban” Əfqanıstanın ikinci ən böyük şəhərinə hücum etdi

9 İyul 2021 17:42
Baxış: 1 228
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Taliban" hərəkatının üzvləri Əfqanıstanın ikinci ən böyük şəhəri olan Qəndahara hücum ediblər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Taliban" döyüşçüləri iki nəzarət məntəqəsini tutublar. Əfqanıstan təhlükəsizlik qüvvələri isə mübarizə aparmaq üçün hadisə yerinə gəliblər.

Ölkə polisinin məlumatına görə, "Taliban" mühasirəyə alınıb və vəziyyət nəzarət altındadır.

Qeyd edək ki, "Taliban" hərəkatının üzvləri son aylar Əfqanıstanın müxtəlif əyalətlərində öz mövqelərini gücləndirirlər. ABŞ və tərəfdaşlarının öz qüvvələrini Əfqanıstandan çıxarması buna əsas səbəb olaraq göstərilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.