Dünya

Dördüncü dalğa güclü olacaq? - Professor açıqladı

9 İyul 2021 22:49
0 Şərh     Baxış: 1 469
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropada dördüncü koronavirus dalğası qaçılmazdır, ancaq əvvəlkilər qədər güclü olmayacaq.

Milli.Az xəbər verir ki, bu barədə Belçika Louvain Universitetinin immunologiya professoru Jan-Luk Qala danışıb. Mütəxəssisin sözlərinə görə, yeni ştamm səbəbindən koronavirus infeksiyası hallarının sayı ciddi şəkildə artır. Odur ki, peyvəndlər "delta" və "delta plus" variantlarına qarşı daha az təsirli olur:

"Epidemiyanın gərginləşməsi çox sürətli şəkildə baş verə bilər. Məsələn, Fransada gündəlik yoluxma sayı azalsa da, bir müddət sonra yenidən artım qeydə alınıb. 28 iyunda 509 yoluxma idi, 3 iyulda isə 3000 nəfərə çatdı. Dördüncü dalğa qaçılmaz ola bilər. Yəqin ki, bu, payızda baş verəcək.

"Delta" ştammı və ötürülməsi haqqında daha çox məlumata ehtiyac var. Bundan başqa, koronavirus müalicəsinin aspektini də unutmayın. Erkən mərhələdə dərmanlar təsirli ola bilər. Məhdudiyyətlərin çox tez aradan qaldırılması bizi geri atsa da, nəticədə Avropada kütləvi immunitetə qovuşacağıq".

Jan-Luk Qala qeyd edib ki, bəşəriyyətin hər il qrip virusu kimi revaksinasiyaya ehtiyacı ola bilər. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory