Dünya

İsveç Azərbaycanı bu siyahıdan çıxartdı

8 İyul 2021 23:27
0 Şərh     Baxış: 3 713
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsveçin Xarici İşlər Nazirliyi öz vətəndaşları üçün səfərlər barədə pandemiya ilə bağlı tövsiyələrinə növbəti dəfə dəyişikliklər edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu gündən başlayaraq, İsveçin xarici siyasət idarəsi öz vətəndaşlarına Azərbaycana səfərlərdən çəkinməməyi tövsiyə edib.

Səyahət üçün təhlükəsiz ölkələrin siyahısında Azərbaycanla yanaşı, Bosniya və Herseqovina, Bruney, İordaniya, Kanada, Kosovo, Moldova, Monteneqro, Qətər və Səudiyyə Ərəbistanı da yer alıb.

Qeyd edək ki, İsveçin səyahət üçün təhlükəsiz ölkələrin belə adlandırılan siyahısı COVID-19 virusunun yayılması ilə bağlı vəziyyətdən irəli gələrək müntəzəm şəkildə yenilənir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.