Dünya

Avqustun 1-dən Özbəkistanda toy, ad günləri və digər ailə şənliklərinin keçirilməsinə məhdudiyyətlər qoyulur

7 İyul 2021 22:25
0 Şərh     Baxış: 899
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avqustun 1-dən Özbəkistanda COVID-19-la mübarizə çərçivəsində kütləvi tədbirlərin, idman yarışlarının (tamaşaçı olmadan belə yarışlar keçirilə bilər), konsert və festivalların, teatr və kino salonlarının fəaliyyəti dayandırılır, toy, ad günləri və digər ailə şənliklərinin, dəfn mərasimlərinin keçirilməsinə məhdudiyyətlər qoyulur. Belə tədbirlərdə sanitar qaydalara əməl olunmaqla iştirakçıların sayı 50 nəfərdən çox olmamalıdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu haqda Özbəkistan Koronavirusla bağlı Xüsusi Respublika Komissiyası qərar qəbul edib.

Mayın 28-dən isə paytaxtda gecə klubları, diskoteka və karaoke salonları, komputer oyunları mərkəzləri, restoran, kafe və çayxanalar 08:00-dan 20:00-dək işləyir.

Məscidlərin həyətlərində namaz qılmaq məsləhət görülür.

Özbəkistanda son sutkada koronavirusa 498 yoluxma halı qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.