Dünya

Türkiyədə bu gündən işığın qiyməti bahalaşdı

1 İyul 2021 12:04
4 Şərh     Baxış: 1 401
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə elektrik enerjisinin qiyməti 15 faiz bahalaşıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı məlumat yayıb. 

"Elektrik istehsalındakı xərclərin artımı səbəbindən 1 iyul 2021 tarixindən etibarən qüvvədə olan bütün abonent qrupları üçün elektrik enerjisinin satış qiymətləri 15% qaldırılıb.

Bu çərçivədə, 1 iyul 2021-ci il tarixindən etibarən yaşayış abonentləri 100 kilovat-saat elektrik enerjisi üçün vergi və maliyyə ödənişləri də daxil olmaqla 91,56 Türk Lirası (17,90 AZN ) ödəyəcəklər", - deyə açıqlamada qeyd olunub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.