Dünya

Gürcüstanda komendant saatı ləğv olunub

30 İyun 2021 21:10
0 Şərh     Baxış: 659
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda pandemiya səbəbindən 2020-ci ilin noyabrından tətbiq olunan komendant saatı ləğv olunub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın Dövlət Qurumlararası Koordinasiya Şurasındakı operativ qərargahın rəhbəri Qeorqi Qibradze məlumat verib.

Onun sözlərinə görə, şuranın müvafiq qərarına əsasən, iyunun 30-da saat 23:00-dan etibarən komendant saatı tətbiq edilməyəcək.

Gürcüstanda komendant saatı ötən il noyabrın 28-dən tətbiq olunub. Ölkə üzrə saat 21:00-dan 05:00-dək piyadalar və avtomobillərin hərəkəti qadağan edilmişdi. Bu il iyunun 1-dən məhdudiyyət müddəti saat 23:00-dan 04:00-dək qısaldılmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.