Dünya

Gürcüstan yaxın illərdə infrastruktur layihələrinə 31 milyard lari xərcləyəcək

25 İyun 2021 23:05
Baxış: 569
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qırmızı körpü-Sarpi beynəlxalq avtomobil magistralının tikintisi başa çatdıqdan sonra hərəkətin təhlükəsizliyi iki dəfədən çox azalacaq. Sürücülər "Qırmızı körpü"dən Sarpiyə qədər olan məsafəni 4 saata qət edəcəklər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili parlamentdəki çıxışı zamanı söyləyib.

Onun sözlərinə görə, yaxın illərdə infrastruktur layihələrinə 31 milyard lari vəsait xərclənəcək.

Baş nazir deyib ki, 2012-ci ildən bəri 151 kilometr uzunluğunda avtomobil yolları çəkilib. 2007-2012-ci illərdə bu rəqəm cəmi 68 kilometr olub. "Regionların yenilənməsi" layihəsi çərçivəsində bu il 63 bələdiyyə ərazisində 500 milyon lari xərclənəcək.

"Layihə gələn illərdə də davam etdiriləcək və 2030-cu ildə 430 kilometr uzunluğunda magistral avtomobil yolunun tikintisi başa çatdırılacaq", - deyə İ.Qaribaşvili vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.