Dünya

Koronavirusa qarşı kütləvi peyvəndləmə Türkiyədə turizmi yenidən canlandırıb

23 İyun 2021 21:30
Baxış: 729
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı tətbiq olunan kütləvi peyvəndləmə ciddi nəticələr verməkdədir. Hazırda ölkə üzrə tətbiq olunan ümumi peyvənd sayı 43 milyon dozanı ötüb. Bu göstəriciləri nəzərə alan hökumət iyulun birindən etibarən COVID-19 infeksiyasına qarşı bir sıra məhdudiyyətləri, o cümlədən gündəlik və həftə sonu axşam saatlarını əhatə edən "evdə qal!" rejimini aradan qaldırmaq barədə qərar qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, koronavirus infeksiyasının yayılmasının tam olmasa da nəzarətə alınması ölkə iqtisadiyyatının mühüm hissəsi olan turizmi canlandırıb. Rəsmi məlumata görə, turizm mövsümünün qızğın günlərində Rusiyanın 26 şəhərindən Antalyaya hər gün ən azı 140 sərnişin təyyarəsinin uçacağı gözlənilir.

Qeyd edək ki, hazırda Türkiyədə tətbiq olunan peyvəndin əsas hissəsini Çindən alınan "Sinovac" vaksinini təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.