Dünya

3 qızını boğaraq öldürən şəxs meydanda edam edildi - FOTO

18 İyun 2021 13:11
Baxış: 1 746
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yəməndə 3 ayrı cinayət hadisəsi üzrə edam hökmləri icra olunub.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, 40 yaşlı Əli əl-Nami, 38 yaşlı Abdullah Əl-Məxali və 33 yaşlı Məhəmməd Ərman uşaqları gənc yaşlarında qətlə yetirdikləri üçün edam ediliblər.

Yerli məhkəmənin qərarı ilə ölüm hökmü açıq havada və insanların gözü qarşısında icra olunub.

Məhbuslardan Əl-Nami arvadı ilə mübahisə etdikdən sonra üç qızını su anbarına ataraq boğmaqda təqsirli bilinib.

Digər məhbus Əl-Məxalinin yetkinlik yaşına çatmayan uşağa təcavüz etməsi və onu öldürməsi sübuta yetirilib.

Sonuncu məhbus Məhəmməd Ərman da oğlan uşağına təcavüzdə və qətldə mühakimə edilib.

Məhkumlar təhlükəsizlik işçiləri tərəfindən paytaxt Sənada yerləşən "Təhrir" meydanında odlu silahdan açılan atəşlə edam olunublar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.