Türkiyə

Türkiyənin aylardır müzakirə etdiyi cinayətlə bağlı qərar verildi - FOTO

21 Oktyabr 2025 17:20
Baxış: 574
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Kadıköydə 15 yaşlı Mattia Ahmet Minguzzinin bıçaqlanaraq öldürülməsində cinayəti törətməkdə günahlandırılan B.B. və U.B.-nin hər biri 24 il həbsdə qalmasına qərar verilib.

Milli.Az xəbər verir ki, Anadolu 2-ci Uşaq Ağır Cəza Məhkəməsində keçirilən iclasda U.B., B.B., M.A.D. və A.Ö. şübhəlilər U.B., B.B., M.A.D. və A.Ö. məhkəməyə Audio və Vizual İnformasiya Sistemi (SEGBİS) vasitəsilə qoşulub. Zərərçəkənin anası Yasemin Akıncılar Minguzzi, atası Andrea Minguzzi və tərəflərin vəkilləri də iştirak edib.

Məhkəmə zalının qarşısında və dəhlizlərdə geniş təhlükəsizlik tədbirləri görülüb.

Ədliyyə binasının içərisində və xaricində bəzi vətəndaşlar əllərində "Mattia Ahmet üçün ədalət" yazılı lövhələr tutub, şüarlar səsləndiriblər.

Xatırladaq ki, 15 yaşlı A.Minguzzi bu ilin yanvarın 24-ü İstanbulun Kadıköy səmtində öz həmyaşıdı tərəfindən 5 dəfə bıçaqlanıb. Bu hadisə Türkiyədə gənclərin zorakılığı ilə bağlı gərgin ictimai müzakirələrə səbəb olub.

Sözügedən məsələni ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan da nəzarətə götürmüşdü. O, ailəni qəbul edərək cinayətkarların layiq olduqları cəzanı alması üçün prosesi yaxından izləyəcəyini bildirmişdi.

Qeyd edək ki, mərhum yeniyetmənin atası Andrea Minguzzi italyan, anası Yasemin Akıncılar Minguzzi isə türkəsillidir.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.