Aleksandr Lukaşenkonu tənqid etsəm də, ona hörmət edirəm.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Minskdə saxlanılmış "Nexta" Teleqram kanalının qurucuların biri Roman Protaseviç deyib.
"Lukaşenkonu dəfələrlə tənqid etmişəm. Mənə elə gəlirdi ki, bunun üçün səbəblər vardı. Lakin mən daha çox jurnalistika işinə deyil, siyasətə daxil oldum və buradan uzaqlaşmaq istədim. Bir çox məsələlərdən Lukaşenkoya yalnız təzyiq üçün istifadə olunduğunu anlamağa başladım", - deyə Protaseviç bildirib.
Qeyd edək ki, bundan öncə Protaseviç ona yönələn ittihamlarla özünü təqsirli bildiyini açıqlayıb.
Milli.Az