Dünya

İsrailin yeni prezidenti seçilib

2 İyun 2021 14:20
Baxış: 1 360
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrailin yeni prezidenti seçilib.

Milli.Az APA-ya istinadən bildirir ki, Knessetdəki səsvermə nəticəsində İsaak Herzoq İsrailin 11-ci prezidenti seçilib.

Knessetin 120 üzvündən 87-si İ. Herzoqun lehinə səs verib.

Qeyd edək ki, bu il hazırkı prezident Reuven Rivlinin səlahiyyət müddəti başa çatır.

Prezidentlik postuna iki namizəd var idi - "Əmək" partiyasının sabiq lideri İsaak Herzoq və maarifçi, sosial aktivist Miriam Peretz.

Xatırladaq ki, İsaak Herzoq İsrailin sabiq Prezidenti Çaim Herzoqun oğludur.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.