Dünya

Vyetnamlılar COVID-19 peyvəndi vurdurmaq üçün 7 min dollara ABŞ-a üz tuturlar

2 İyun 2021 21:25
Baxış: 616
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda COVID-19 pandemiyasının yeni dalğasının müşahidə olunduğu Vyetnamda virusa qarşı peyvənd çatışmazlığı yaranıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, belə vəziyyətdə vyetnamlılar peyvənd olunmaq üçün xaricə, əsasən də ABŞ-a üz tuturlar. Turizm şirkətləri son günlər "peyvənd tur"larına start veriblər. Təxminən 7 min ABŞ dollarına başa gələn 8 günlük səyahət turuna təyyarə bileti, üçulduzlu mehmanxanada gecələmək, birdozalı "Johnson & Johnson" vaksini ilə peyvənd olunmaq, test və Vyetnama qayıdarkən 21 günlük məcburi karantin xərcləri daxildir.

Hoşimin şəhərinin turizm departamenti bu cür baha qiymətə və geri dönüşü riskli olan səyahətlər barədə əhaliyə xəbərdarlıq edib. Turizm şirkətləri isə bu cür səyahətlərin qanunazidd olmadığını bildirirlər.

Qeyd edək ki, Vyetnamda ötən il virusun yayılması nəzarət altında olsa da, hazırda yoluxmalar sürətlə çoxalır. COVID-19 infeksiyası əleyhinə vaksinasiyanın nisbətən gec- martda başlaması və vaksin çatışmazlığı əhalidə narahatlıq yaradıb. Belə vəziyyətdə vyetnamlılar peyvənd üçün digər ölkələrə üz tutmağa məcbur olurlar. Bu cür "peyvənd turları" Tailandda da təklif olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.