Dünya

Putin Lukaşenko ilə görüşüb

29 May 2021 08:38
Baxış: 663
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putinlə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında Soçidə görüş keçirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

Beş saatdan çox davam edən görüşdə iqtisadi məsələlər, ikitərəfli əlaqələrin inkişafı, həmçinin, mayın 23-də Minskə təcili eniş edən "Ryanair" təyyarəsi ilə bağlı məsələlər müzakirə edilib.

Lukaşenko Qərb ölkələrinin "Ryanair" təyyarəsi ilə bağlı davranışlarından söz açaraq, 2020-ci ilin avqustunda olduğu kimi, ölkədəki sabitliyi pozmaq cəhdindən danışıb.

Bildirilib ki, təyyarənin məcburi eniş etməsi məsələsinə gəldikdə Belarus tərəfi bununla razılaşmır, iddia edilir ki, ekipaj komandiri özü bu barədə qərar verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.