Dünya

Şengen vizaları ilə bağlı GÖZLƏNİLMƏZ QƏRAR: tərcümeyi-hala qədər...

28 May 2021 19:14
Baxış: 863
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa İttifaqı Şurası Şengen vizalarının verilməsi qaydasını təkmilləşdirmək üçün Viza Məlumat Sisteminə (VIS) dəyişiklik edib.

Milli.Az xarici KİV-ə istinadla xəbər verir ki, miqrasiya və təhlükəsizliklə bağlı narahatlığı nəzərə alaraq qısamüddətli Şengen vizaları üçün müraciət edənlərlə bağlı yoxlamaları artırmaq qərarı verilib. İndi bu yenilik Avropa Parlamenti tərəfindən təsdiqlənməlidir.

Son düzəlişin başlıca məqsədi qısamüddətli viza verilməsi qaydalarını daha təhlükəsiz hala gətirmək, VIS databazasına uzunmüddətli viza və yaşayış icazələrini daxil etmək, VIS və başqa uyğun databaza, eləcə də sistemlər arasında əməliyyatları təmin etməkdir. Məsələn, bundan belə səyahət sənədlərindəki tərcümeyi-hal məlumatları da VIS-ə köçürüləcək.

Şəxslər viza və ya yaşayış icazəsi verilməzdən əvvəl təhlükəsizlik və miqrasiya databazalarından hərtərəfli yoxlamadan keçiriləcəklər. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.