Dünya

Misir və Sudan qonşu Efiopiya ilə böyük münaqişəni istisna etmirlər

24 May 2021 21:05
Baxış: 1 130
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyulda Efiopiyanın Böyük Renessans Su Bəndini Nil çayının suyu ilə ikinci dəfə doldurma planı Misir və Sudanın böyük etirazına səbəb olub. Rəsmilər və ekspertlər Efiopiya tərəfindən geri addım atılmayacağı təqdirdə Şimali Afrika regionunda yeni böyük münaqişəni istisna etmirlər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Misirin xarici işlər naziri Samih Şükrü su bəndinə dair 2015-ci ildə üç ölkə arasında imzalanmış Bəyannaməni xatırladıb və onun müddəalarının pozulmasının regionda gərginliyi artıracağı barədə xəbərdarlıq edib. O xatırladıb ki, Nil çayı əhalisi artıq 110 milyon nəfərə çatan Misirin su ehtiyatlarının 95 faizini təmin edir.

Misirin irriqasiya naziri Məhəmməd Əbdül-Ati keçirdiyi mətbuat konfransında bildirib ki, Qahirə Böyük Renessans Su Bəndinin ikinci dəfə doldurulmasının əleyhinədir. O misirliləri əmin edib ki, hökumət heç bir halda su çatışmazlığı probleminin yaranmasına izn verməyəcək. Nazir əlavə edib ki, Asuan su bəndinin ehtiyatları yalnız quraqlıq şəraitində istifadə oluna bilər.

Əhalisi sürətlə artan Efiopiya 4,8 milyard dollar vəsait xərclədiyi su bəndinə Nil çayından 13,5 milyard kubmetr su doldurmaq və onun üzərindəki hidroelektrik stansiyanı işə salmaq istəyir. Bu addımın Misir və Sudanda su qıtlığına səbəb olacağından ehtiyat edilir və rəsmi Qahirə qarşı tərəfi ciddi tədbirlər görəcəyi barədə xəbərdarlıq edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.