Dünya

Litva mayın 24-dən etibarən bir sıra yumşalmaların tətbiq edilməsi barədə qərar qəbul edib

21 May 2021 20:13
Baxış: 481
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Litva hökuməti mayın 24-dən etibarən karantin rejimi ilə bağlı bir sıra yumşalmaların tətbiq edilməsi barədə qərar qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ölkənin səhiyyə naziri Arunas Dulkis keçirdiyi mətbuat konfransında gələn həftə karantin rejimi şərtlərini əsaslı şəkildə yenidən nəzərdən keçirəcəklərini söyləyib.

"Gələn həftə hökumət karantin rejiminin uzadılması məsələsinə dair qərar qəbul edəcək, bundan sonra hansı addımları atacağı ilə bağlı qərar verəcək. Ənənəyə görə, karantin rejimi bir ay müddətinə uzadılır, lakin hələlik heç bir mühakimə yürütməyə ehtiyac yoxdur. Hökumət bu məsələni gələn həftə həll edəcək", - deyə nazir Arunas Dulkis bildirib.

Nazir A. Dulkis 3 gün ərzində 50 min insanın yeni vaksinasiya sistemi ilə qeydiyyatdan keçdiyini söyləyib. Lakin nazir, sakinlərin daha çox fəallıq göstərəcəyinə ümid etdiyini bildirib. Qeyd edib ki, gələn həftənin bazar ertəsindən etibarən 35 yaşdan yuxarı sakinlər qeydiyyatdan keçə biləcəklər.

Litvanın Baş naziri İnqrida Şimonite bu gün karantin rejimi şərtlərinin "mümkünlük pasportu"nun qüvvəyə minməsi də daxil olmaqla bir neçə səbəbdən dəyişdirildiyini söyləyib.

"Tendensiyalar hələlik əlverişlidir. Bu tendensiyaların saxlanılıb-saxlanılmaması insanların peyvənd olunub-olunmamasından asılıdır. Lakin epidemioloji nöqteyi-nəzərdən qara zonadayıq, özümüzü qorumalı və təhlükəsizlik tələblərinə riayət etməliyik. İyun ayı üçün mühüm olan qayda tətbiq edəcəyik", - deyə Baş nazir İnqrida Şimonite qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.