Dünya

Paşinyan Rusiyanın demarkasiya barədə təklifini “yersiz” adlandırdı

20 May 2021 08:02
Baxış: 955
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Azərbaycanla sərhədin demarkasiyası ilə bağlı təklifi yersiz hesab edir.

Milli.Az qazet.az-a istinadən xəbər verir ki, barədə "interfaks" məlumat yayıb. Bildirilir ki, Paşinyanın sözlərinə görə, sərhəddəki vəziyyətin çətinləşməsi fonunda demarkasiya haqqında danışıqlar "yersiz aparılır".

O əlavə edib ki, ölkəsi vəziyyətin həlli üçün diplomatik metodlara köklənib.

Xatırladaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Tacikistan xarici işlər naziri Sirociddin Muhriddin ilə danışıqlardan sonra Bakı və İrəvana sərhəddəki vəziyyətin həllində kömək göstərməyi təklif edib və Azərbaycan-Ermənistan delimitasiya və demarkasiya komissiyasının yaradılması təşəbbüsü ilə çıxış edib.

Lavrovun sözlərinə görə, Rusiya sərhəd demarkasiyası üzrə Azərbaycan-Ermənistan birgə komissiyasının yaradılmasının tərəfdarıdır və bu qurumda vasitəçi olmağa hazırdır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.