Dünya

Yaponiyada gələn həftədən koronavirusa qarşı kütləvi peyvəndləməyə başlanılacaq

19 May 2021 21:45
Baxış: 886
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tokio və Osaka şəhərlərində Yaponiya özünümüdafiə qüvvələri tərəfindən hazırlanmış kütləvi peyvəndləmə mərkəzləri mayın 24-dən yerli sakinlərin qəbuluna başlayacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, paytaxtda yerləşəcək mərkəzdə artıq mayın 25-i üçün 90 faizdən çox bronlama qeydə alınıb.

Yaponiya Müdafiə Nazirliyindən bildirilib ki, məqsəd səhiyyə orqanları və yerli administrasiyalar tərəfindən qeydiyyatdan kənarda qalan və yaşı 65-dən aşağı olan insanların daha sürətlə peyvəndləməyə cəlb edilməsidir. Bu zaman, bronlama ilə əlaqədar təkrarlara yol verilməməsi üçün xüsusi talonlardan istifadə edilməsi nəzərdə tutulur.

Eyni zamanda, nazirlik vətəndaşlardan bronlama zamanı məlumatların dəqiq göstərilməsini və ikiqat bronlamaya yol verməməyi xahiş edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.