Dünya

İsrailin zərbələri nəticəsində "HAMAS"-ın təhlükəsizlik xidmətinin qərargahı dağıdılıb

13 May 2021 13:59
Baxış: 862
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrail Müdafiə Qüvvələri Qəzzada "HAMAS" hədəflərinə bombalı zərbələr endirib.

Milli.Az APA-ya istinadən bildirir ki, zərbələr nəticəsində"HAMAS"-ın mərkəzi bankı, daxili təhlükəsizlik xidmətinin qərargahı və təşkilatın əsas komandirlərindən birinin evi məhv edilib.

İsrail Müdafiə Qüvvələri bildirib ki, bu binalar bu gün səhər saatlarında aparılan hava hücumu əməliyyatında dağıdılıb.

Qeyd olunub ki, hava hücumu nəticəsində bir sıra batalyonlara rəhbərlik edən "HAMAS" komandiri İyad Tayibin terror məqsədi ilə istifadə olunan evi məhv edilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.