Dünya

Amerikalı məşhurların paltarlarını tikən azərbaycanlı kimdir? - VİDEO

6 May 2021 10:39
Baxış: 1 545
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-da yaşayan həmyerlimiz Qəşəng Abbasova filmlərdə izlədiyimiz Hollivud ulduzlarının səhnə geyimlərini hazırladığını deyir. Onun sözlərinə görə, Amerikada bazara daxil olmaq üçün marketinq işinə sıfırdan başlayıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Qəşəng Abbasovanın amerikalı məşhurlarla işgüzar münasibətləri yaranıb. Hətta Silvestr Stalloni onun müştərisi olub.

Beyons, Nika Minaj, Cenifer Hadsın, Janet Jackson, Lupita Nyong və onlarla məşhura da həmyerlimiz xüsusi səhnə geyimləri hazırlayıb. "Qala" təxəllüsü ilə tanınan azərbaycanlı dərzi həm də Firaqama, Tomfort, Valentiona və Alberto Ferrit kimi məşhur markalarla da işləyir.

Həmyerlimiz ABŞ-da yaşadığı 20 il ərzində sadəcə dünyanın məşhur ulduzları ilə deyil, həm də tanınmış siyasətçilər və onların ailələri ilə də işləyib.

Qəşəng Abbasova dərziliklə 48 ildir məşğul olduğunu deyir. Pandemiya səbəbindən işinə müvəqqəti fasilə verən Qəşəng xanımın ən böyük xəyalı Azərbaycan brendi kimi məşhur firmalarla rəqabət apara biləcək dizayner şirkəti qurmaqdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.