Dünya

Səudiyyə Ərəbistanı qara daşın əvvəllər görünməmiş fotoşəkillərini yayıb

5 May 2021 20:24
Baxış: 1 911
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səudiyyə Ərəbistanının rəsmiləri Məkkədəki Harami Şərif məscidinin tviter səhifəsində Kəbədəki Həcərül Əsvadın (qara daş) əvvəllər görünməmiş fotoşəkillərini yayıblar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İki Müqəddəs Məscid üzrə Baş Departamentin yaydığı fotoşəkillərdə qara daşın yeni panorama fokusu ilə yaxından görüntüsü əks olunub. Ümumilikdə 49 min meqapiksel olan bu şəkillərin yüksək keyfiyyətlə çəkilməsi və qara daşın hissələrinin vahid foto halına gətirilməsinə 7 saat vaxt sərf edilib.

Müsəlmanlar qara daşın Cəbrayıl tərəfindən İbrahim Peyğəmbərə göydən endirildiyinə inanırlar. 605-ci ildə Məhəmməd Peyğəmbər Həcərül Əsvadın Kəbənin divarında yerləşdirilməsində iştirak edib. 1626-cı ildə sel nəticəsində 15 parçaya bölünən qara daş sement məhlulu ilə birləşdirilib və gümüş çərçivəyə salınıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.