Dünya

Moldovada parlament buraxıldı, yeni seçkilərin vaxtı açıqlandı

29 Aprel 2021 17:47
Baxış: 573
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moldova Respublikasının Prezidenti Maya Sandu ölkə parlamentin buraxılması və 11 iyul üçün erkən seçkilərin elan edilməsi haqqında fərman imzalayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, dövlət başçısının imzaladığı fərman Moldova prezidentinin rəsmi saytında dərc edilib.

"Bir neçə dəqiqə əvvəl parlamentin buraxılması haqqında fərman imzaladım. Seçkilər 11 iyul 2021-ci il tarixinə təyin edilib", - M. Sandu qeyd edib.

Moldova prezidenti əlavə edib ki, yeni seçkilər ölkəni böhrandan çıxarmağa və bütün dövlət qurumlarının vətəndaşların xeyrinə çalışmasına xidmət edəcək.

Xatırladaq ki, martın sonunda M. Sandu parlamentin buraxılması və erkən seçkilərə təşəbbüs hüququnu təsdiqləmək üçün Konstitusiya Məhkəməsinə müraciət etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.