Dünya

Müsəlman qəbiristanlığına hücum: 10 məzar daşı dağıdıldı

27 Aprel 2021 18:28
Baxış: 1 733
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsveçin Malmö şəhərinin Rosenqard bölgəsində müsəlman qəbiristanlığında 10 məzar daşı məhv edilib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, polis hadisə ilə əlaqədar istintaq başladıb.

İsveçdəki Fərqli Rənglər Partiyasının rəhbəri Mikayıl Yüksəl son vaxtlar İsveçdə müsəlmanlara qarşı hücum hadisələrinin artdığını deyib:

"Müsəlmanlar Avropa və İsveçdə ən çox zərər görən qrup olmalarına baxmayaraq, nə iqtidar, nə də siyasi partiyaların məsələ ilə bağlı hər hansı bir addım atdığını görürük", - Yüksəl bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.