Dünya

Avropa ölkələrinə səyahət üçün əsas şərt açıqlandı

27 Aprel 2021 08:58
Baxış: 861
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa İttifaqı (Aİ) ölkələri Avropa Dərman Agentliyinin təsdiqlədiyi COVID-19 preparatları ilə vaksin olunan turistləri qəbul edəcək.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Aİ Komissiyasının sədri Ursula von der Leyen bəyan edib.

O, digər preparatlarla peyvənd olunan turistlər üçün Aİ siyasətinin necə olacağını açıqlamayıb.

"Bir məsələ tam aydındır: Aİ-yə daxil olan 27 ölkənin hamısı Avropa Dərman Agentliyi tərəfindən təsdiqlənmiş dərmanlarla vaksinasiyadan keçənləri qeyd-şərtsiz qəbul edəcək", - deyə o bildirib.

Aİ nümayəndəsi, səyahətin yenidən başlanmasının vaxtının hələ də epidemioloji vəziyyətə bağlı olduğunu əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.