Dünya

Bu ölkənin baş nazirini cərimələdilər - maska taxmadığı üçün

26 Aprel 2021 19:16
Baxış: 880
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tailandın Baş naziri Prayut Çan-oça COVID-19 tədbirləri çərçivəsində maska ​​taxmaq tələbini pozduğu üçün 6.000 baht (323 AZN) pul cəzasına məhkum edilib.
 
Milli.Az sfera.az-a istinadən xəbər verir ki, buna səbəb baş nazirin rəsmi Feysbuk səhifəsində toplantılardan birində maskasız görüldüyü fotonu paylaşması olub.
Kütləvi reaksiyalardan sonra o, fotonu hesabından silib.

Hadisənin səs-küy doğurmasından sonra Taylandın Bangkok valisi Asvin Kvanmuanq baş nazirə bunun qayda pozuntusu olduğunu bildirdiyini rəsmi Feysbuk hesabında paylaşıb.

Xatırladaq ki, Tayland Baş naziri mart ayında keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarına əsəbiləşərək onların üzərlərinə dezinfeksiyaedici maddə səpmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.