Dünya

İndoneziyanın Sinabunq vulkanı 1000 metr hündürlüyə kül püskürüb

26 Aprel 2021 19:58
Baxış: 978
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İndoneziyanın Sumatra adasının şimalında yerləşən Sinabunq vulkanı 1000 metr hündürlüyə kül püskürüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə İndoneziya Vulkanologiya Mərkəzi məlumat yayıb. Bildirilir ki, yerli vaxtla gecə saat 01:55 dəqiqədə baş verən püskürmə 175 saniyə davam edib. Həmin gecə saat 01:44 dəqiqədə baş verən birinci püskürmə zamanı isə vulkan 500 metr hündürlüyə kül püskürüb.

Vulkanın kraterindən 3 kilometr məsafədə yerləşən kəndlərin sakinlərinə təsərrüfat fəaliyyəti ilə məşğul olmaq qadağan edilib. Həmçinin yerli sakinlərə mənbəyini Sinabunq dağından götürən çaylardan uzaq olmaq tövsiyə edilib.

Əhalini ehtiyatlı davranmağa çağıran yerli hakimiyyət orqanları onlara evdən çıxarkən tibbi maskalar taxmağı tövsiyə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.