Dünya

Niderlandda Azərbaycanın minalanmış əraziləri ilə bağlı bilbordlar yerləşdirilib

25 Aprel 2021 10:54
Baxış: 523
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Niderland Krallığında fəaliyyət göstərən Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının Niderland üzrə əlaqələndiricisi Emil Əliyevin təşəbbüsü ilə krallığın Berneveld şəhərində Azərbaycanın işğaldan azad olunmuş ərazilərində minalanmış torpaqlarımızla bağlı xəritənin Ermənistan tərəfindən hələ də verilməməsinə etiraz əlaməti olaraq bilbord yerləşdirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, bilbordlarda "Minalanmış torpaqlarımızın xəritəsini istəyirik", "İnsan ölümlərinə son qoyulsun", "Ermənistan minalanmış ərazilərin xəritəsini mütləq verməlidir", "Ermənistan, müharibə cinayətlərini dayandır", "Uşaqlar mina qurbanı olmasın" kimi şüarlar yerləşdirilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.