Dünya

Bayden çıxışı zamanı sözləri səhv salıb

22 Aprel 2021 08:43
Baxış: 780
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ prezidenti Co Bayden koronavirusun yayılması ilə bağlı vəziyyət barədə danışarkən "salon" sözünün əvəzinə "salun" sözünü işlədərək səhvə yol verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ABŞ-da COVID-19-la mübarizənin nəticələrindən söhbət açan Bayden Ohayo ştatındakı bir gözəllik salonunu nümunə gətirərək, peyvənd proqramına qatılan ölkə vətəndaşlarının məsuliyyətli olmasına toxunub.

"Salon müdiri vaxtını və enerjisini sərf etdi ki, onun əməkdaşları və ziyarətçiləri peyvənd olunsunlar. Salundan çıxarkən işçilər... Salun? Salon. Bəlkə onlar salunları da ziyarət edirlər, bilmirəm. Ancaq salondan çıxarkən işçilər müştərilərin özlərinin və onların ailə üzvlərinin peyvənd üçün qeydiyyatdan keçmələrinə yardım göstəriblər", - deyə prezident gülərək bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.