Dünya

Konsulun saxlanılmasının görüntüləri yayıldı - Ukrayna-Rusiya arasında qalmaqal

18 Aprel 2021 13:14
Baxış: 1 229
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Federal Təhlükəsizlik Xidməti Ukrayna konsulu Aleksandr Sosonyukun Sankt-Peterburqda saxlanılması ilə bağlı keçirilən əməliyyatın görüntülərini yayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, Rusiya vətəndaşından gizli məlumat alarkən cinayət başında saxlanılıb.

Bu hadisə iki ölkə arasında diplomatik qalmaqala səbəb olub. Ukrayna isə öz növbəsində Rusiyanın Kiyevdəki səfirliyinin böyük diplomatını ölkədən göndərir.

Ukrayna Xarici İşlər Nazirliyindən bildirilib ki, Rusiyanın Kiyevdəki səfirliyinin baş diplomatı aprelin 19-dan etibarən 72 saat ərzində Ukraynanı tərk etməlidir. Qeyd olunub ki, belə bir qərar Rusiyanın Ukraynanın Sankt-Peterburqakı konsulunu göndərmək qərarına cavab olaraq qəbul edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.