Dünya

Çox sayda qırıcı havaya qaldırılıb - Müdafiə sistemləri işə salındı

13 Aprel 2021 13:29
Baxış: 1 915
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinə məxsus 22 hərbi təyyarə Tayvanın hava məkanını pozub.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, bu barədə Tayvanın Müdafiə Nazirliyi məlumat yayıb. Açıqlamaya görə, Çin təyyarələrinin bölgədən uzaqlaşdırılması üçün Tayvan qırıclarını havaya qaldırıb. Bundan əlavə, müdafiə sistemləri işə salınıb. Nazirlik Çin təyyarələrinin təxribatlar törətməyə davam etdiyini bəyan edib.

Maraqlıdır ki, bu hadisə ABŞ-ın Dövlət katibi Entoni Blinkenin Çinə Tayvanla bağlı xəbərdarlıq etməsindən sonra baş verib. Diplomat bildirib ki, Tayvanla bağlı status-kvonun güc yoluyla dəyişdirilməsinə cəhd edilməsi böyük səhv olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.