Dünya

ABŞ-da silahlı insident olub, ölən və yaralananlar var

27 Mart 2021 11:07
Baxış: 619
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ-ın Virciniya ştatında atışma olub, ölən və yaralananlar var.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ştatın Viriciniya-Biç şəhər polisinin "Twitter" səhifəsində məlumat yayılıb.

Polisin verdiyi məlumata görə, atışma zamanı 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

Bildirilib ki, ölənlərdən biri vətəndaşlara atəş açan şəxsdir ki polis tərəfindən zərərsizləşdirilib. Digər şəxsin kimliyi hələ müəyyənləşdirilməyib.

Polis vətəndaşları ərazidən uzaq olmağa çağırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.