Dünya

Dünyada COVID-19 əleyhinə vurulan vaksinlərin sayı 500 milyon dozanı ötüb

26 Mart 2021 16:42
Baxış: 682
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə kütləvi vaksinasiyanın aparıldığı ölkələrin sayı 140-a çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Bloomberg"in əldə etdiyi məlumatlar əsasında dərc olunan infoqrafikada deyilir.

Bildirilib ki, vaksinasiyanın aparıldığı ölkələrdə ümumilikdə 501 milyon dozadan çox vaksin vurulub.

Məlumata görə tarixin ən böyük vaksinasiya kampaniyası çərçivəsində son göstəricilərə əsasən gündəlik vaksin olunanların sayı son 20 gün ərzində 2 dəfə artaraq 12,2 milyon nəfərə çatıb. 

Hazırda vaksin edilənlərin sayının əhalinin ümumi sayına nisbətdə ən yüksək olduğu ölkə İsraildir. Bu ölkədə artıq 9,8 milyon doza peyvənd vurulub, ölkə əhalisinin 51%-nin vaksinasiyası tam başa çatdırılıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.