Dünya

“Soyuz” raketi fəzaya buraxıldı

22 Mart 2021 16:35
Baxış: 621
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

18 ölkədən 37 peyk daşıyan "Soyuz" raketi bu gün "Baykonur" kosmodromundan fəzaya buraxılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, raketin buraxılması Moskva vaxtı ilə saat 09:07-də baş tutub.

Cənubi Koreya peykinin raketdən ayrılması saat 10:10-a planlaşdırılır. Digər peyklərin ilk hissəsi 11:35 - 11:37, ikinci hissəsi isə 13:13-13:43 aralığında raketdən ayrılacaq.

Qeyd edək ki, daha əvvəl raketin buraxılması 20 mart tarixinə planlaşdırılsa da, buraxılışdan 38 dəqiqə əvvəl "Roskosmos" texniki səbəblərdən buraxılışın təxirə salındığını açıqlamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.