Roma Papası Fransisk irqçiliyi daim mutasiya edən virusla müqayisə edib.
Milli.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə o, özünün Tvitter-dəki səhifəsində yazıb.
"İrqçilik - bu, qısa zamanda mutasiya edən və yox olması gözlənilərkən gizlənən bir virusdur", - pontifik sosial şəbəkədə yazıb.
O, həmçinin irqçiliyin müasir cəmiyyətdəki təzahürlərini utancverici adlandırıb. Papanın sözlərinə görə, çünki bu, bəşəriyyətin iddia edilən sosial tərəqqisinin düşündüyümüz qədər real olmadığını göstərir.
Milli.Az