Dünya

Almaniyada minlərlə insan sərt karantinə etiraz etdi

20 Mart 2021 23:44
Baxış: 983
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyanın Berlin şəhərində minlərlə insanın iştirakı ilə icazəsiz aksiya keçirilib. 

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, vətəndaşlar "COVID 19" tədbirlərinə etiraz ediblər.

Aksiyada əksər insanlar maska və məsafə qaydalarına riayyət etməyib, bu da polisin güc tətbiq etməsi ilə nəticələnib. Vətəndaşlara qarşı gözyaşardıcı qaz, dəyənəklər və su toplarından istifadə edilib.

Nümayişçilər polisə şüşə atıblar və jurnalistlərə hücum ediblər.

Onlar daha sonra polisin müşayiəti ilə ərazidən uzaqlaşdırılıb. Xeyli sayda saxlanılanların olduğu açıqlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.