Dünya

İsrail misli olmayan "Polad İynə"ni sınadı - VİDEO

15 Mart 2021 11:31
Baxış: 2 634
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsraildə "Polad iynə" ("Oketz Plada") adlı yeni, unikal minaatan mərmisinin sınaqları keçirilib.

Milli.Az bildirir ki, dünyada analoqu olmayan 120 mm çaplı mərmi lazer nişangahı və GPS naviqasiya sistemi ilə təchiz olunduğundan hədəfi maksimal dəqiqliklə vurmağa imkan verir.

Bu baxımdan "Polad iynə" hərbi-hava qüvvələrində istifadə edilən raketlərlə bombalara bənzəyir.

Yeni minaatan mərminin yüksək dəqiqliklik artilleriya mərmisindən üstünlüyü maya dəyərinin aşağı olması, operativ istifadə imkanları və s.-dir.

İsrailin ən böyük hərbi konserni olan "Elbit Systems Ltd" ("Elbit Maarahot") istehsalı olan "Polad iynə" bu yaxınlarda İsrail ordusuna veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.