Dünya

Daha bir erməni general Paşinyanın istefasını tələb etdi

10 Mart 2021 15:35
Baxış: 1 216
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandiri general-mayor Qriqori Xaçaturov açıqlama yayaraq Baş nazir Nikol Paşinyanın istefasını tələb edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Xaçaturov açıqlamasında bildirib ki, Paşinyan son üç ildə 4 dəfə Baş Qərargah rəisi təyin edib. Bu isə onun səriştəsizliyinin və məsuliyyətsizliyinin göstəricisidir.

Xaçaturov qeyd edib ki, Paşinyanın rəhbərlik etdiyi hər yeni gün və saat dövlətin təhlükəsizlik sistemini zədələyir və gələcəyini şübhə altına alır.

"Beləliklə, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının 25 fevral 2021-ci il tarixli bəyanatını bir daha təsdiq edərək, yenidən N.Paşinyanın dərhal istefasını tələb edirəm",- deyə o, bəyanatda qeyd edib.

Qeyd edək ki, Qriqoru Xaçaturov Azərbaycan-Ermənistan sərhədinə Qazax rayonunundan Daşkəsən rayonuna qədər olan istiqamətə nəzarət etmiş Ermənistan ordusunun 3-cü korpusunun komandirdir. Ötən ilin iyul ayında Tovuz istiqamətində Ermənistan ordusunun törətdiyi təxribatlar daxil olmaqla, bu ərazilər boyunca əvvəllərdə baş vermiş bir sıra təxribat-diversiya cəhdləri, yaşayış məntəqələrinin intensiv atəşə tutulması Qriqori Xaçaturovla əlaqələndirilir.

Q. Xaçaturov hələ 2016-cı il iyulun 7-də eks-Prezident Serj Sarkisyan tərəfindən korpus komandiri təyin olunmuşdu. Təyin olunduğu ilk gündən Qriqori Xaçaturov Qazax-Tovuz rayonları istiqamətində gərgin situasiya yaratmış, yaşayış məntəqələrinə atəşi intensivləşdirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.