Dünya

Bayden may ayının sonuna qədər ABŞ-ın bütün yaşlı əhalisinin peyvənd olunacağını vəd edib

3 Mart 2021 21:10
Baxış: 849
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Co Bayden bildirib ki, may ayının sonuna qədər Birləşmiş Ştatların yaşlı sakinlərinin hər biri COVID-19-a qarşı peyvənd alacaq. Bu, əvvəl gözlənilən müddətdən iki ay tezdir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Ağ evin rəhbəri bu yaxınlarda təsdiqlənmiş birdəfəlik vaksinin istehsalını artırmaq məqsədilə "Johnson & Johnson" və "Merck" şirkətləri ilə saziş bağlanmasının təfsilatını Ağ evdə elan edərkən bu barədə məlumat verib. Bayden bu iki şirkətin əməkdaşlığını "irəliyə doğru böyük addım" adlandırıb.

Prezident deyib ki, o, yeni əczaçılıq proqramının başlanması təşəbbüsünə də razılıq verib. Beləliklə, mart ayının sonuna qədər hər bir məktəbli və tərbiyəçi birinci vaksini alacaq. Bu, məktəblərdə məşğələlərin daha tez bərpa olunmasına müsbət təsir göstərəcək.

Cons Hopkins Universitetinin martın 2-də elan edilmiş son məlumatına görə, bazar ertəsi ABŞ-da koronavirusa yeni yoluxanların sayı təqribən 58.800 nəfər, bu virus səbəbindən ölənlərin sayı isə 1500 nəfər olub. Pandemiyanın əvvəlindən bəri ölkədə təqribən 28 milyon 670 min koronavirusa yoluxma, 514.700 ölüm faktı qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.